Pakistan elektron media tənzimləmə qurumu ölkədə yayımlanan bütün Hindistan serialları və televiziya proqramlarının qadağan olunması barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərar Pakistanın paytaxtı İslamabadda keçirilən toplantıda verilib. Məlumata görə, qərara əməl etməyən televiziya və radio kanallarının bağlanacaq. Qadağa sabahdan etibarən tətbiq olunacaq
Qeyd edək ki, Pakistan və Hindistan arasında əlaqələr 17 hind əsgərinin ölümü ilə nəticələnən 18 sentyabr hücumundan sonra daha da kəskinləşib.
Kəmalə