ABŞ-da bu il 7-ci edam cəzası həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, 19 il əvvəl həbs edilən 63 yaşlı məhkum Qreqori Paul Louyerun həyatına Cekson şəhərindəki əyalət həbsxanada zəhərli iynə ilə son qoyulub. Ölümcül dozada verilən barbituratla (zəhərli maddə) məhkum edam olunub.
Louyer 1997-ci ildə oktyabrın 12-də parkların birində Con Sova adlı polisi tüfənglə vurub öldürüb, başqa bir polisi isə yaralayıb. Vəkillər ölüm cəzasının ləğvi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etsə də, tələb qəbul edilməyib. Louyer bu il Georgia əyalətində edam edilən yeddinci məhkumdur.
Kəmalə