21 Oktyabr 2016 15:14
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Moskvadakı səfiri Aleks van Meuven Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN məlumat yayıb:

"Belçika hökuməti ölkənin qırıcılarının Suriyanın Hələb şəhərinin Xassacek kəndini bombardman etməsi xəbərini təkzib ediblər. Bununla əlaqədar Belçika səfiri Rusiya XİN-ə çağırılıb və ona lazımi sübutlar təqdim olunub. Bundan öncə isə sənədlər Rusiya Müdafiə Nazirliyi vasitəsilə Belçikaya təqdim olunub".

Qeyd edək ki, Belçika Müdafiə Nazirliyinə məxsus F-16 qırıcısının oktyabrın 18-də kəndi bombardman etməsi nəticəsində 2 yaşayış evi dağılıb, 4 dinc sakin həlak olub.

Samir


Müəllif:

Oxşar xəbərlər