Polşanın sabiq prezidenti Lex Kaçinskinin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yeni məqamlar üzə çıxıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Polşanın Müdafiə Nazirliyi 2010-ci ildə Rusiyanın Smolensk vilayəti yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı yeni video paylaşıb.
Videoda polşanın baş naziri Donald Tusk, Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun qəzadan az sonra hadisə yerinə etdikləri səfər əks olunub.
Məlumatda qeyd olunur ki, Donald Tusk ilə rusiyalı rəsmilər 2010-cu il 10 aprel gecəsində gizli danışıqlar aparıblar. Donald Tusk video-görüntüləri şərh etməyib.
Görüntülərdə Sergey Şoyqunun qəza barədə rəsmilərə ətraflı məlumat verdiyi görünür.
Qeyd edək ki, Polşanın sabiq prezidenti Lex Kaçinski 2010-cu ildə Rusiyanın Smolensk vilayətində baş vermiş təyyarə qəzasında dünyasını dəyişib.
Qəza nəticəsində Kaçinski və xanımı da daxil olmaqla 132 nəfər həlak olub.
İlkin versiyaya əsasən, qəzaya güclü duman səbəb olub.
Появилось видео тайной встречи Путина с премьером Польши в день крушения Ту-154