Rusiyanın Kransnoyarsk vilayətindən Yamal-Nenetsk Muxtar vilayətinə uçan, "Skol" aviaşirkətinə məxsus Mi-8 helikopteri dünən Urenqoy qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, göyərtədə olan 22 sərnişin və heyət üzvündən yalnız üç nəfər sağ qalıb.
Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəza yerində bütün ölən şəxslərin cəsədləri tapılıb.