Almaniya kansleri Angela Merkel Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Liderlər Toplantısından sonra təşkil edilən mətbuat konfransında Suriyadan danışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çıxışı zamanı o, Rusiya və Suriya hökumətinin Hələbdə həyata keçirdiyi hücumları qınayıb:
“Hələbin bombalanması zalımlıq, barbarlıqdır. Görüntülərə söyləyəcək söz tapılmır… Eyni zamanda, Suriyadakı insanlara kömək edilməsi üçün atəşkəs yenə uzadılmalıdır”.
Merkel Rusiyanın bu mövzuda daha çox məsuliyyət daşıdığını bildirib.
Samir