22 Oktyabr 2016 20:39
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçularının türkmənlərin yaşadığı Kərkük şəhərinə hücumu nəticəsində 80 nəfər ölüb, 170 nəfər yaralanıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Assoşieyted Press agentliyi xəbər yayıb. Ölən və yaralananlar İraq təhlükəsizlik xidmətinin əsgərləridir.

Bundan əvvəl 46 nəfərin öldüyü açıqlanmışdı.

Briqada generalı Xəttab Ömər bildirib ki, İŞİD şəhərə qəfildən hücum edib və sutka ərzində şəhərin mərkəzində şiddətli döyüşlər gedib. Bu gün isə döyüşlər şəhərin digər ərazilərində davam edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər