ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqın Dakuk şəhərinə aviazərbələr endirilməsini təkzib edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə koalisiyanın nümayəndəsi bildirib.
"Biz ehtimal olunan insan itkilərini Koalisiyanın həmin rayona hansısa aviazərbələr endirməsi ilə əlaqələndirə bilmərik. Koalisiya itkilərin minimum olmasına dair protokolları tanıyır və bu istiqamətdə səylərini əsirgəmir. Biz döyüşən tərəflərə aid olmayan insan itkiləri barədə xəbərləri çox ciddi qəbul edirik", - həmin şəxs vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl usiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirmişdi ki, Rusiya kəşfiyyat vasitələri bu gün bir neçə təyyarənin Kərkükdən 30 km cənubda yerləşən Dakuka zərbə endirdiyini qeydə alıb: "Şahidlərin bildirdiyinə görə, aviasiya dəfn mərasiminə toplaşanları terrorçular zənn edib. Hadisə nəticəsində onlarla dinc iraqlı ölüb. Onların arasında qadın və uşaqlar da var".
Konaşenkov bildirib ki, Qərb koalisiyası tez-tez toy və yas mərasimlərini, hospital, polis məntəqəsi və humanitar yardım karvanlarını hədəfə alır.
Nihad