Kamerunda qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb.
Teleqraf.com azərtac-a istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatlarının gedişində yeni cəsədlər aşkarlanır. Bir qədər əvvəl qəza nəticəsində 60 nəfərin öldüyü və 600 nəfərə yaxın insanın isə xəsarət aldığı barədə məlumat yayılmışdı.
Qəzanın səbəbləri araşdırılır. Nəzərdən keçirilən ehtimallar sırasında qatarın relsdən çıxmasına ona qoşulan əlavə vaqonun təsir göstərib-göstərməməsi də var.