Haitinin şimalında yerləşən həbsxanadan 174 məhbus qaçıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumatda görə, məhbusların qaçışı zamanı insident baş verib. Nəticədə penitentsiar idarənin 1 əməkdaşı öldürlüb, daha bir neçə nəfər yaralanıb.
Məhbuslar həbsxananın silahlarını da özləri ilə aparıblar.