Sabah Türkmənistanda prezident seçkilərinə hazırlıq kampaniyasına start veriləcək.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Türkmənistan MSK qərar qəbul edib. Qurumun iclasında seçkilərin hazırlanması və keçirilməsi üzrə tədbirlər planı təsdiqlənib. Siyasi partiyalar seçki gününə qədər 60 təqvim günü ərzində namizədlərini irəli sürə bilərlər.
Qeyd edək ki, Türkmənistanda prezident seçkiləri fevralın 12-də keçiriləcək.
Nihad