Rusiyada yaşayan 21 yaşlı Alina Orlova adlı qız küçə heyvanlarına verdiyi işgəncələri əks etdirən görüntüləri sosial mediada paylaşınca polis hərəkətə keçib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Vladivostok şəhərində yaşayan 21 yaşlı Alina Orlova heyvanları öldürdüyü üçün həbs olunub.
Küçədəki pişik və itlərə işgəncə verən və sonra da öldürən Orlova sosial mediada ciddi təpgilərlə üzləşib. Həbs edilib polis bölməsinə aparılan qız heyvanları 19 yaşlı rəfiqəsi Alena Savçenko ilə birlikdə öldürdüyünü etiraf edib. O, bu əməlindən peşiman olduğunu söyləyib.
Nihad