Fətullahçı Terror təşkilatı (FETÖ) ABŞ-ın paytaxtı Vaşinqtonda 200 hektarlıq ərazini satın alıb.
Teleqraf.com "Akşam" qəzetinə istinadən xəbər verir ki, terror təşkilatı burada yeni düşərgə qurmağı planlaşdırıb. Məlumatlara görə, burada Türkiyədən qaçan FETÖ üzvləri yerləşdiriləcək:
"Türkiyənin hüquqi çağırışlarını cavabsız qoyan ABŞ FETÖ-yə dəstəyini davam etdirir. Təşkilat burada böyük düşərgə qurmağı planlaşdırır və bu məqsədlə ABŞ hökumətindən 200 hektar ərazi alıb.
Bu ərazi Vaşiqntonun Dallas Beynəlxalq Aeroportuna çox yaxın bölgədə yerləşir. Bildirilir ki, 15 iyul hərbi çevrilişə cəhddən sonra Türkiyədən qaçan təşkilat üzvləri hazırda Vaşinqtonda xüsusi evlərdə qalırlar. Layihə gerçəkləşdikdən sonra onlar bu düşərgəyə köçürüləcək.
Layihədə ən diqqət çəkən məqam satın alınan ərazidə 9 hektarlıq yerin xüsusi sahə kimi işarələnməsidir. Bununla bağlı heç bir açıqlama verilməyib. Planda düşərgənin açılışına ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Hilları Klintonun da qatılacağı ilə bağlı məlumat yerləşdirilib. FETÖ-nün yaxın adamı olan Faruk Taban bununla bağlı Klintonla görüşüb. Klinton isə "Bunu seçkilərdən sonra müzakirə edərik" cavabını verib".
Samir