İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi oktyabrın 19-da Mosul şəhərində görülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Bağdadi Mosula qarşı hava hücumlarının intensivləşməsindən sonra Suriyanın Rakka şəhərinə qaçıb. Hazırda Mosulda 4-8 min İŞİD terrorçusu var. Bundan başqa, İraq ordusu Mosul şəhərinin 5 kilometrliyinə qədər irəliləməyə nail olub.
Qeyd edək ki, Mosul əməliyyatları oktyabrın 17-də başlayıb.
Samir