Türkmənistanda qadınlara siqaret satılmır.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, bu barədə göstərişin hansı instansiyadan gəldiyi bəlli deyil.
Sadəcə növbədə duran qadınlara satıcılar siqaret satmaqdan imtina edərək bunun göstəriş olduğunu bildiriblər. Qanunla Türkmənistanda qadın-kişi ayrı-seçkiliyi yasaqdır.
Bir müddətdir Türkmənistan mağazalarında ərzaq, o cümlədən siqaret qıtlığı var. Qadınların mağazalardan siqaret alaraq baha qiymətə satdıqları iddia olunur.
MAHİR