25 Oktyabr 2016 13:15
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və Suriyaya məxsus qırıcıların Hələbi bombardman etməsi xəbəri yalandır".

Teleqraf.com xarici mediayaistinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya qırıcıları bir həftədir Suriya üzərindən uçuşları dayandırıb. Konaşenko əlavə edib ki, Hələbi tərk etmək istəyən dinc sakinlər üçün 6 humanitar məntəqə sutka ərzində fasiləsiz fəaliyyət göstərir.

Qeyd edək ki, dünən Hələb şəhərinin bombalanması zamanı 48 nəfər həlak olub. ABŞ hücumların Rusiya və Suriya qırıcıları tərəfindən həyata keçirildiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər