İranda istehsal olunan 2 min ton qızıl 2017-ci ildə Qazaxıstan fabriklərində emal olunacaq.
Teleqraf.com xəbər verir ki, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Albert Rau hökumətin toplantısı zamanı qeyd edib ki, İranda qızıl mədənçiliyi sahəsində çalışan Qazax şirkəti ilk dəfə Qazaxıstana 125 kiloqram qızıl gətirib.
Nazir müavini qeyd edib ki, ilin sonuna qədər ölkəyə daha 500 kiloqram qızıl gətiriləcək.
Gələn il isə 2 min ton qızıl gətirərək Qazaxıstan fabriklərində emal olunacaq.
Bu ilin son 9 ayında işlənməmiş qızıl istehsalının 19 % artdığını dilə gətirən Rau işlənmiş qızılın isə 13 % artdığını vurğulayıb. Nazir müavini ölkədə istehsal olunan qızılın yerli zavodlarda işləndiyini vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanda 200 qızıl mədəni və 3 təmizləyici zavodu fəaliyyət göstərir.
2015-ci ildə ölkədə 31 min ton qızıl emal edilib.
NEMƏT