İraq ordusu Mosul şəhərini İŞİD-dən azad etmə əməliyyatı çərçivəsində 13 kəndi geri aldığını və İŞİD-in 157 silahlısını öldürdüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Mosula hücumla bağlı qurulan əməliyyat qərargahı tərəfindən açıqlanan xəbərə görə, orduya bağlı 9-cu birlik Hamdaniyye qəzası yaxınlığında Keremlis diyarını İŞİD-dən geri alıb və düşmə böyük itkilər verib.
Kayyara cəbhəsindən Tuveybe, Əl-Hunfesan, Durət-Take, Əl-Harariye, Zelhefe kəndlərini, Köhnə Kələk cəbhəsində isə Hazne, Tarb Zave, Əl-Muvafakiye və Tahrava kəndlərinin azad edildiyi ifadə olunub.
Federal polis təşkilatının həyata keçirdiyi əməliyyat nəticəsində isə Əs-Sacme, Saf-Tut və Tulel əl-Mehari kəndləri geri alınıb.
Əməliyyat nəticəsində 120 kilometrlik ərazi İŞİD silahlılarından təmizlənib, terror şəbəkəsinin 157 üzvü öldürlüb, habelə 21 bomba yüklü vasitə məhv edilib.
Nemət