Dövlət başçılarının baş aşpazları fərdi klubun Hindistanın paytaxtı Dehli şəhərində başlayan qurultayına toplaşıblar.
1977-ci ildə Parisdə əsası qoyulan “Club des Chefs des Chefs” klubunun tədbiri hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il Dehli şəhərinə 20-dən çox dövlətdən gələn qonaqları Hindistanın Baş naziri Narendra Modi Montu Saininin aşpazı qarşılayıb. Baş nazir aralarında Ağ evin mətbəxinə rəhbərlik edən Kristeta Kromfort və Böyük Britaniya kraliçası II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın olduğu qonaqları şəxsən salamlayıb.