26 Oktyabr 2016 21:25
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya prezidenti Bəşər Əsədin ordusu İŞİD terror təşkilatı ilə mübarizə aparan qüvvələrə hücum edir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Suriya rejiminin bu hücumları Fərat Qalxanı Hərəkatını dayandıra bilməz:

"Əməliyyatları Əl Bab əyalətinə qədər davam edəcəyik. Burada təhlükəsiz bölgə yaradılacaq və insanlar burada tam təhlükəsiz şəraitdə həyatlarını davam etdirəcəklər. Fərat Qalxanı Hərəkatının əsas mqəsədi bölgəni İŞİD terrorçularından təmizləməkdir".

Qeyd edək ki, Suriya prezidenti verdiyi açıqlamada ölkənin hava məkanını pozan Türkiyəyə məxsus istənilən hərbi təyyarəsinin dərhal vurulacağını bildirmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər