“İŞİD terror təşkilatının silahlıları döyüşləri Suriyanın Rakka şəhərindən Qərb ölkələrinə tərəf yönəltməyi planlaşdırır”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya və İraqdakı qüvvələrinin komandanı, general-leytenant Stiven Taunsend deyib:
“Biz bilirik ki, onlar Suriya sərhədlərindən kənarda hücumlar hazırlayır. Hələlik hücum ediləcək dəqiq ünvanların siyahısı və vaxtı barədə bizdə məlumat yoxdur. Bizə məlumdur ki, planlaşdırma Rakkada həyata keçirilir. Düşünürük ki, tezliklə Rakkaya daxil olmaq lazımdır”.
Generalın fikrincə, təhlükənin qeyri-müəyyənliyi şəhərin azad edilməsi üçün əməliyyatları tezləşdirməyə vadar edir.
Samir