27 Oktyabr 2016 15:20
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Mosulun qərbində İŞİD terror təşkilatının qərargahlarından birini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Al Sumaria" telekanalına İraq ordusunun rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, bu qərargah İŞİD-in şəhərdəki ən mühüm strateji obyekti sayılır. İraq əsgərləri qərargahının binası üzərində İraq bayrağını sancıblar".

Mənbə bildirib ki, bu qərargah İŞİD üçün böyük simvolik əhəmiyyət daşıyır: "Yaraqlılar hava zərbələrindən ehtiyat edərək, əməliyyat başlamazdan əvvəl oranı tərk ediblər".

Samir


Müəllif: