Türkiyə polisi ölkəboyu İŞİD silahlılarına qarşı keçirdiyi əməliyyat nəticəsində 81 nəfəri saxlayıb.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, saxlanılanların əksəriyyətinin İŞİD terror təşkilatı ilə bu və ya digər formada əlaqəli olduğu bildirilir.
Saxlanılanlardan 60 nəfər xarici ölkələrin vətəndaşlarıdır.