Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıt rayonundan keçən qaz kəmərində partlayış olub. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 21:00 radələrində qeydə alınıb.
Məlumata görə, güclü partlayışdan sonra başlayan yanğın böyük bir ərazini əhatə edib. Bölgəyə çox sayda polis cəlb edilib. Partlayış səsləri hadisə yerindən xeyli uzaqda yerləşən yaşayış məskənlərində də aydın eşidilib.
Hazırda alovun uzaq məsafədən rahatlıqla göründüyü bildirilir. Yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkir.
Qeyd edək ki, analoji hadisələr Türkiyənin bu bölgəsində əvvəllər də baş verib. Partlayışın PKK tərəfindən törədildiyi istisna edilmir.