28 Oktyabr 2016 12:08
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Soçidə təşkil olunan "Valday" klubunun iclasında iştirak edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin iclasda Rusiyanın xarici siyasəti, ABŞ-la münasibətlər, Suriya böhranı və Türkiyədə baş verənlərlə bağlı maraqlı açıqlamalar verib.

Putindən Gülən açıqlaması

Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə iyulun 15-də Fətullahçı Terror Təşkilatının Türkiyədə törətdiyi hadisələrlə bağlı fikir mübadiləsi apardığını deyib: "Ərdoğan FETÖ-nün rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını və ekstradisiyası ilə bağlı Vaşinqton rəhbərliyinin yaratdığı problemləri anlatdı. Hər hansı təşkilatın ölkənin daxili siyasətinə qarışması qəbuledilməzdir. Bu cür hücumlar həmin ölkənin suverenliyinə xələl gətirə bilər".

"Obama ilə əldə olunan razılaşmalar uğursuz oldu"

Putin amerikalı həmkarı Barak Obama ilə Suriya böhranı məsələsində əldə olunan razılaşmadan danışıb: "Uzun müzakirələr, səylərdən sonra ortaq cəbhənin qurulduğunu düşündük. Obama ilə razılaşmamız uğursuz oldu. Vaşinqtonda bu razılaşmanın həyata keçməsini istəməyən qüvvələr var. Obama administrasiyası Suriyada müxaliflərlə terrorçuları ayırd edə bilmir. Bu razılaşmanın pozulmasında Rusiyanı günahlandırmaq düzgün deyil".

Rusiyalı lider Suriyanın Hələb şəhərində baş verənləri də dəyərləndirib: "Əgər Qərb dövlətləri Hələbdə dinc sakinlərə görə terrorla mübbarizənin sona çatdırılmasının vacibliyini düşünürsə, Mosulu da eyni məntiqlə dəyərləndirmək lazımdır".

"ABŞ banan respublikası deyil"

Vladimir Putin ABŞ-dakı prezident seçkilərinə Rusiyanın təsir edə biləcəyi xəbərinin gülünc olduğunu bildirib: "Bəzi amerikalı siyasətçilər Rusiyanın seçkilərə təsir edəcəyini deyirlər. ABŞ banan ölkəsi deyil, o böyük gücdür. Respublikaçılar partiyasından namizəd Donald Trampın Moskvanın favoriti olduğu ilə bağlı xəbərlər yayılıb. Çox axmaq iddiadır. ABŞ-da prezidentlik yarışında kimin qalib gələcəyinin bizim üçün fərqi yoxdur. Biz seçiləcək hər bir namizədlə işləməyə hazırıq".

Samir


Müəllif:

Oxşar xəbərlər