29 Oktyabr 2016 23:12
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hərbçiləri Hələbin cənub-qərbində radikal qrupların üzvü olan 500 nəfəri məhv edib.

Teleqraf.com-un "RİA Novosti"yə isitinadən xəbərinə görə, bu barədə "Əl-Mayadin" televiziya kanalı məlumat verib.

Döyüşlər zamanı 1000 nəfərdən çox terrorçu yaralanıb.

Suriya ordusunun nümayəndələri məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.

Telekanalın məlumatına görə, terrorçular cümə günü birinci hücum dalğası zamanı Əl-Əsəd və 1070 rayonlarında məhv edilib.

Şənbə günü terrorçular Az-Zəhra məhəlləsinə ikinci hücumu təşkil ediblər. Ordu və polis hücumu dəf etməyi bacarıb. Lakin hərbi akademiya ətrafında şiddətli döyüşlər davam edir. Hücum zamanı terrorçular minalanmış avtomobil və "canlı bomba"lardan istifadə edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər