30 Oktyabr 2016 00:55
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqində, Benqazi şəhərinin mərkəzində yerləşən Keeş rayonunda minalanmış avtomobilin partlaması nəticəsində ən azı 4 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında ölkənin Antikorrupsiya İdarəsinin rəhbəri Məhəmməd Buqeyqis də olub.

Şahidlərin sözlərinə görə, partlayış məmurun avtomobilinin yaxınlığında, o, maşını tərk etmək istəyən zaman baş verib.

Terror aktına görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir terror qruplaşması öz üzərinə götürməyib.


Müəllif:

Oxşar xəbərlər