Bu gün Moldovada prezident seçkiləri keçirilir.
Teleqraf.com-un xəbərinə görə, son 16 ildə ilk dəfədir ki, ölkə başçısı ümumxalq səsverməsi ilə seçiləcək. Buna qədər ölkə prezidentini parlament seçirdi. Ölkə prezidenti 4 illiyə seçilir.
Seçkidə 3,131 milyon seçici iştirak edir. Seçkiləri 3202 yerli və 562 beynəlxalq müşahidəçi izləyəcək.
Ölkə prezidenti postuna 9 namizəd iddia edir. Eksperlərin fikrincə, əsas mübarizə Rusiyayönlü siyasətçi, sosialistlərin lideri İqor Dodonla Avropaya inteqrasiya tərəfdarı olan "Hərəkət və həmrəylik" partiyasının lideri Mayya Sandu arasında gedəcək.
Seçkilərin ilkin nəticəsi bazar ertəsi səhər elan edilə bilər.
Nihad