30 Oktyabr 2016 12:40
411

İstanbulda gecə klubların birində atışma baş verib.

Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, gecə klubunda baş verən dava atışmaya çevrildi.

Hadisə zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş vermiş faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: