Ərəb koalisiyasının hüsi üsyançıların nəzarətində olan Xodeyd şəhərinə aviazərbə endirməsi nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə "Frans Press" yerli həkimlərə istinadən bildirib.
"Aviazərbələr nəticəsində 60 nəfər həlak olub, onlarla adamyaralanıb"- mənbə bildirib.
Bundan öncə "Röyter" yerli hakimiyyətə istinadən 45 nəfərin öldüyünü açıqlamışdı.
Qeyd edək i, koalisiya Xodeydə dünən axşam zərbə endirib. Ölənlər husi üsyançılar və Xodey yaxınlığındakı həbsxanada saxlanılan məhbuslardır. "Röyter" bildirib ki, həbsxanada 80 məhbus saxlanılıb. Aviazərbələr zamanı həbsxananın ərazisində 3 partlayış baş verib.
Nihad