Bazar günü İraqın paytaxtı Bağdadın bazarlarından birində törədilən partlayış nəticəsində ən azı 8 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə yerli polis və tibb işçilərinə istinadən "Reuters" məlumat yayıb.
İlkin məlumata görə, partlayıcı qurğu avtomobildə gizlədilib.
"Əl-Mada" agentliyinin məlumatına görə, təqribən on nəfər zərər çəkib.