30 Oktyabr 2016 21:27
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırım təmsil olunduğu Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının genişləndirilmiş Məclis Toplantısında prezident üsul-idarəsinin üstünlüklərindən danışıb.

Teleqraf.com xəbər verir ki, B.Yıldırım "prezident üsul-idarəsi sisteminə keçilsə, Türkiyə bölünəcək" deyənlərə cavab olaraq qeyd edib ki, əslində qeyd olunan sistemə keçilməsə Türkiyənin parçalanma riski var.

"Açıq danışıram. Prezidentlik idarəçiliyi unitar sistemə əsaslanacaq. Türkiyədə bu sistem 780 min kvadrat kilometr vətən torpağının bir qarış bölünmədiyi, tək vətən, tək millət, tək bayraq və tək dövlət şüarının əsas aldığı bir sistemdir. Heç kəs prezident üsul-idarəsi sistemi olarsa Türkiyə bölünəcək, federasiya yaradılacaq kimi yalanlar danışmasın. Prezident üsul-idarəsi sisteminə keçmək üçün Ana Yasanı dəyişməliyik. Bu istiqamətdə digər partiyalarla danışıqlar aparılıb, müəyyən razılıqlar əldə olunub. İndi konkret iş görməyin vaxtıdır. Prezidenti xalq seçir. Onun siyasi məsuliyyətinin olması lazımdır. Amma indiki konstitusiya buna imkan vermir. Təkbaşına iqtidar olmaq üçün qanuna dəyişikliklər edilməlidir. Türkiyə-2023 hədəflərinə çatmaq üçün referendum keçirilməlidir. Yeni konstitusiya ilə Türkiyə artıq koalisiyayla idarə olunan zəif iqtidar dönəmini geridə qoyacaq.


Müəllif: