Fransa prezidenti François Ollandla baş nazir Manuel Valls arasında kitap böhranı yaşanır.
Ollandın iki jurnalistə verdiyi müsahibələr əsasında qələmə aldığı "Prezident bunları söyləməməlidir" adlı kitabındakı fikirləri baş nazir Vallsı əsəbləşdirib.
Teleqraf.com xəbər verir ki, Vallsin "Le Monde" qəzetinə açıqlamasında kitabda yazılanlara etiraz etməsi və kitabı "utancverici" adlandırması Ollandın təpkisinə səbəb olub.
Olland miqrantlarla görüşü zamanı Vallsın iradlarıa cavab verib.
"Hər kəs öz işilə məşğul olsu. Mən öz işimlə maraqlanıram. Baş nazir də öz işilə maraqlanmalıdır. Fransızları narahat edən məsələləri həll etmək lazımdır" deyə, Olland bildirib.
Qeyd edək ki, Olland kitabında müsəlman qadınların bir gün hicabdan imtina edəcəklərinə inandığını bildirmişdi. O, Fransada İslamla bağlı problemin olduğunu diqqətə çatdırmışdı.
Ruslan