31 Oktyabr 2016 14:17
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan hökuməti "Bayram günləri haqqında" qanuna yeni dəyişikliyi parlamentə göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dəyişikliyə görə, Tacikistanda yanvarın 10-u Dövlət orqanları əməkdaşlarnın korrupsiyaya qarşı mübarizə günü kimi qeyd olunacaq.

Dövlətin maliyyə xərclərinə nəzarət və korrupsiyaya qarşı mübarizə Agentliyi 10 yanvar 2007-ci ildə Tacikistan prezidentinin fərmanı ilə yaradılıb. Hazırda quruma ölkə prezidentinin oğlu Rüstəm İmaməli rəhbərlik edir.

Qanuna nəzərdə tutulan dəyişikliyə görə, Dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə günü qeyri-iş günü sayılamaycaq.

Bu il Taciksitanda artıq iki bayram təyin olunub. Aprelin 15-də parlament noyabrın 16-nı Prezident günü elan edib. 1994-cü il noybarın 16-da prezident İmaməli Rəhmanın inauqurasiya mərasimi keçirilib.

İyunda prezidentlə bağlı daha bir bayram günü təqvimə daxil edilib. Bundan sonra 29 sentyabr Tacikistan diplomatlarının bayramı kimi qeyd olunacaq. Həmin gün İmaməli Rəhman ilk dəfə BMT Baş Məclisində çıxış edib.

Hazırda Tacikistanda 79 bayram var, onlardan yalnız 10-u qeyri-iş günüdür.

MAHİR


Müəllif:

Oxşar xəbərlər