31 Oktyabr 2016 14:29
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyalı müxaliflər Hələb şəhərinin mərkəzinə doğru irəliləməkdə davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "Hələb fəth ordusu" adı altında hərəkət edən qüvvələr Əsəd ordusunun nəzarətindəki əraziyə çatıblar.

Hazırda bölgədə şiddətli döyüşlər baş verir. Əgər müxaliflər bu məhəlləni ələ keçirsə, şəhərin tam ələ keçirilməsi üçün 1,2 kilometrlik ərazi qalacaq.

Qeyd edək ki, Hələb müxaliflərlə Əsəd qüvvələri arasında bölünüb. Şəhərin qərb bölgəsinə nəzarət edən hakimiyyət qüvvələri tez-tez müxaliflərin olduğu ərazilərə hücumlar edir.

Samir


Müəllif:

Oxşar xəbərlər