Koalisiya qüvvələri yaxın həftələrdə Suriyanın Raqqa şəhərinə hücuma keçə bilər. Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Piter Kuk məlumat verib.
"Raqqaya hücum yaxın vaxtlarda reallaşacaq. Düşünürük ki, İŞİD-ə təzyiq göstərməyin vaxtı çatıb", - deyə o bildirib.
Raqqa İraq və Suriya ərazisinin bir hissəsini işğal edən İŞİD terror qruplaşmasının əsas dayaq məntəqəsidir.