Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına edilən hücumla əlaqədar 9 nəfər saxlanılıb.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslərin ev və iş yerlərində axtarışlar aparılıb, polis çoxlu sayda sənəd aşkarlayaraq ələ keçirib.
Qeyd edək ki, ötən gün Qızıltəpədə hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib. Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb. Hücumun arxasında PKK terror təşkilatının durduğu ehtimal edilir.