1 Noyabr 2016 12:20
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın Rusiya hökumətinin hər hansı nümayəndəsi ilə bağlı əlaqəsini aşkar etməyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı nüfuzlu "The New York Times" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, FTB bütün yay boyu bir neçə istiqamətdə Trampın, eləcə də onun köməkçilərinin rusiyalı biznesmenlərlə əlaqələrinin olub-olmadığını araşdırıb. Qeyd edilir ki, hazırda bununla əlaqədar heç bir fakt aşkar edilməyib. Bundan başqa, FTB nümayəndələri və Amerika kəşfiyyatçıları əmindilər ki, Demokratlar partiyasına edilən haker hücumları prezident seçkilərini pozmaq məqsədi daşıyıb.

FTB Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonun şəxsi məktubları ilə bağlı araşdırmaları isə davam etdirəcək. Klinton isə təkidlə Trampın Rusiya hökuməti ilə bağlılığını sübut etməyə çalışır. Sonuncu debatda Klinton Trampdan dərhal Kremllə əlaqəsini açıqlamağı tələb etmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər