1 Noyabr 2016 22:25
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva rəhbərliyi noyabrın 4-də Lyublino rayonunda “Rus yürüşü” keçirilməsinə icazə verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Dojd”televiziya kanalı aksiyanın iştirakçılarından biri Yuri Qorskiyə istinadla xəbər yayıb.

Onun sözlərinə görə yürüşdə 10 minədək, mitinqdə isə 5 mindən çox adam iştirak eləməlidir. Moskva meri oktyabrın 27-də yürüşün bu rayonda keçirilməsi ilə bağlı 3 müraciəti rədd eləmişdi.

Bundan sonra sosial şəbəkələrdə təşkilatçıların noyabrın 1-də “B planı”nı elan edəcəyi barədə məlumat peyda olub. Bu planda, aksiyanın millətçi Dimitri Demuşkinin şikayətinə baxılacaq Moskva məhkəməsinin qarşısında keçirilməsi nəzərdə tutulurdu.

Demuşkinin yaratdığı ”Ruslar” hərəkatı ötən ilin oktyabrında Rusiyada ekstremist təşkilat kimi qadağan olunub. Onun özünə qarşı isə bir neçə cinayət işi açılıb.

Qeyd edək ki, “Rus yürüşü” adətən qafqazlılara qarşı hücumlarla müşahidə olunur.


Müəllif:

Oxşar xəbərlər