Türkiyə İraq sərhədinə zirehli texnika və əlavə qoşun cəmləşdirib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi ölkənin təhlükəsizliyini gücləndirmək zərurətindən irəli gəlib: "Biz İraqın Başik bazasındakı hərbi kontingentimizi də gücləndirəcəyik. Buna ehtiyac var".
Rəsmi Ankara İraq türkmənlərini hər hansı hücumdan xilas etmək üçün bu ölkədə bufer zona yaradıb.