Ermənistan hazırki prezident Serj Sarkisyanın dövründə parlamentli idarə üsuluna keçməyəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistan Prezident Aparatının rəhbəri Armen Qevorkyan deyib.
Onun sözlərinə görə, Serj Sarkisyanın pezidentlik müddəti 2018-ci ilin aprelində başa çatır: "Konstitusiya islahatına əsasən, 2017-ci ilin aprelində yeni sistemlə parlament seçkiləri keçiriləcək. Ancaq prezident seçkiləri vaxtından əvvəl keçirilməyəcək. Bununla barışmaq lazımdı".
Qeyd edək ki, Ermənistanda konstitusiya islahatları üzrə referendum 2015-ci ilin dekabrın 6-da keçirilib.
Samir