İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi hələ də Mosul şəhərindədir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Independent" nəşri İraq Kürd muxtariyyətinin nümayəndəsi Fuad Hüseynə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Bağdadinin İraqdan qaçması xəbəri yalandır. Hüseyn əlavə edib ki, Mosulun azad edilməsi əməliyyatının sürəti bir neçə faktordan asılıdır: "Ən əsası silahlıların Tiqr çayı üzərindəki 5 körpünü dağıdıb-dağıtmayacağı məsələsidir".
Samir