"Katolik kilsəsində qadınlar keşiş olmayacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Roma Papası Fransisk İsveçdəki tədbirlərin birindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, qadınların keşiş olmasını qadağan edən qərar ləğv edilməyəcək.
Jurnalistin təkidlə "Qadın keşiş heç olmayacaq" sualına Papa 2005-ci ildə dünyasını dəyişən II Cin Paulun 1994-cü ildə verdiyi qərara diqqət çəkib: "Bu qərar uzun illərdir müzakirə edilir. II Cin Paulun qərarını diqqətlə oxusaq, bunun mahiyyətini anlayarıq. Qadınlar bir sıra məsələləri kişilərdən yaxşı görür. Kilsə təsəvvürü və ya teologiya - bunlardan hansının vacib olduğu ilə bağlı özümə sual verirəm. Apostollar, yoxsa Məryəm ana? Əlbəttə ki, Məryəm ana".
Samir