2 Noyabr 2016 17:02
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Səhiyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışan sabiq müdafiə naziri Seyran Ohanyanın xanımı Ruzanna Xaçatryanın müəssisədəki kabineti nazir müavini Samver Markaryana verilib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Xaçatryanın xanımının məzuniyyətdə olduğunu açıqlayıb.

“Joxovurd” qəzeti Ohanyanın xanımının məsləhətçi vəzifəsindən azad olunmadığı halda otağının nazir müavininə verilməsinə aydınlıq gətirmək üçün nazirliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazir müavini onlar üçün seçilmiş kabinetdə əyləşir.

Qəzet belə qənaətə gəlib ki, sabiq nazirin xanımının otağını əlindən almaqla onu nazirlikdən rədd ediblər.

Samvel Markaryan ekzotik məmur kimi xarakterizə olunur, belə ki, o, işə velosipeddə və çiyində tutuquşu ilə gəlir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər