22 Aprel 2014 18:35
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə məşhur dindar Adnan Oktarla bağlı Azərbaycan mətbuatında yazılanlar səs-küyə səbəb olub.

Adnan Oktarın ən sevimli “kedisi” olan Didəm Ürər Publika.az-a özəl açıqlamasında yazılanlara münasibət bildirib.

-Didəm xanım, son günlər Azərbaycan mediasında xocanız dediyiniz Adnan Oktar və sizlər haqqında çoxlu yazılar dərc olunur. Oxumusunuzmu, necə qarşılayırsınız?
-Bəli, bu yazılarla tanışıq. Biz çox izlənan bir dini qrupuq. Məqsədimiz dünyada islam birliyinin qurulmasıdır. Bizim söhbətlərimiz anti-Darvinizim və anti-materializim ətrafında olduğu üçün bəzi solçu çevrələri narahat edir. Onlar tez-tez bizə qarşı belə hücumlar edirlər. Azərbaycan mediasında yazılanlar bunun tərkib hissəsidir.

-Bu gün sizin qrupun qızlarının yazdığı deyilən tivitlər gerçəkdən sizəmi aiddir?
-Əsla, dediyim kimi, bu bizə qarşı olanların qara propaqandansından başqa bir şey deyil. Azərbaycan bizim ikinci vətənimzidir. Sizlər bizim can qardaşlarımızısınız. Başqa bir durum müzakirə mövzusu deyil.

-Azərbaycan mediasında Adnan Oktarın ətrafında olan qadınları cinsi istismara məruz qoyduğu deyilir. Hətta bunla bağlı konkret şikayətçi var. Nə düşünürsünüz xocanız haqqında?
-Bunlar çox ucuz propaqanda üsullarıdır. Heç kim belə xəbərlərə inanmaz. Meyvə verən ağac daşlanır həmişə. Peyğəmbər əfəndimizə iftira atanlar müsəlmanlara hər zaman iftira atar. Həzrəti Yusifə də iftira atmışdılar.

-Azərbaycana gəlməyi düşünürsünüzmü xocanızla birlikdə?
-Hazırda düşünmürük. Amma birləşək, pasportlar ortadan qalxısn gələrik.

-Niyə müstəqil bir dövlət olan Azərbaycanın Türkiyəyə birləşməsini israrla təkid edirsiniz?
-Bu siyasi bir birləşmək tələbi deyil, sadəcə könül bağından söhbət gedir.

-Könül bağımız zatən var. Bu durumda siyasi bir istək olmurmu bu?
-Xeyir, bu islam birliyinin ilk mərhələsi olmalıdır.

-Adnan Oktar sizi canlı yayımdan kənarlaşdırdı. Necə qarşıladı qızlar bunu?
-Bu bizim ortaq qərarımızdır və normal qarşıladıq.

-Həm islam, həm də dekolitə bir arada necə mümkündür?
-İslam gözəl olan hər şeydir. Dində basqı yoxdu. Kim istəyir hicab taxsın, kim də istəyir dekolitə geyinsin. Əsas əxlaqlı olmaqdır.

-Adan Oktar niyə sizə “kediciklər” deyir?
-Bu medianın uydurduğu bir şeydir. Xocamız pişikləri çox sevir deyə belə bir şey uydurublar.

-Narahat etmir sizi?
-Yox, pişiklər çox gözəl heyvandır.


Müəllif:

Oxşar xəbərlər