2 Noyabr 2016 19:53
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətin vaxtda Ankaraya verdiyi dəstəyə görə Moskvaya təşəkkür edirik".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva hərbi çevrilişə cəhd zamanı Türkiyənin legitim hakimiyyətini dəstəkləyib: "İlk növbədə mən Rusiya hökumətinə və prezident Vladimir Putinə təşəkkürümü bildirmək istəyirəm. Çətin gündə Rusiya bizə dostluğunu və dəstəyini nümayiş etdirdi. Buna görə də biz Rusiya rəhbərliyinə və xalqına minnətdarlığımızı bildiririk. Türkiyə xalqı bunu heç vaxt unutmayacaq".

Qeyd edək ki, iyulun 15-də baş verən hadisələr zamanı 240 nəfər şəhid olub, 2 mindən çox insan yaralanıb. Ümumilikdə hadisələrdə şübhəli bilinən 32 min şəxs saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər