2 İyul 2014 17:51

Türkiyədə qəribə hadisə baş verib.

Teleqraf.com bildirir ki, Ərzurumda yaşayan 350 kiloluq qadının dünyasını dəyişməsi onun yaxınlarını sözün hər iki mənasında çətin vəziyyətə salıb.

Belə ki, qadını yaşadığı mənzilin qapısından çıxarmaq mümkün olmayıb. 7 uşaq anası 46 yaşlı qadının meyiti mənzilin pəncərəsindən çıxarılaraq "KamAZ"la qəbiristanlığa gətirilib.

5 ildir xəstə yatağına məhkum olan və dünən vəfat edən qadın məzara xüsusi qurğu ilə endirilib. Mərhum qılınan namaz və dualarla torpağa verilib./ans press/


Müəllif:
Загрузка...