Ərəb ölkələri İsrailə tərəf getməməlidirlər.
Axar.az xəbər verir ki, bunu ərəb ölkələrinə müraciətində HƏMAS lideri Xalid Meşal söyləyib. Onun sözlərinə görə, ərəb ölkələrinin çarəsi Tel-Əvivdə deyil: “Biz bir ümmətin parçasıyıq. Tək qalsaq da, işğalçı İsrail rejiminə qarşı savaşacağıq. Ona görə ki, İsrail düşmənimizdir. Bunu həmişə gündəmə gətirmək lazımdır. Fələstin vahid olmadan müstəqillik və haqlarımızın geri qaytarılması gündəmə gələ bilməz. HƏMAS FƏTH-lə əlaqələrini artırmaq istəyir”.