3 Noyabr 2016 23:26
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İnkişaf Bankının İnteqrasiya Təhqiqatlar Mərkəzi Ermənistanda aparılan sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sorğu Ermənistanın hərbi yardım edə biləcəyi və hərbi yardımına ehtiyacı olduğu ölkələr mövzusunda keçirilib.

Nəticələrə əsasən, korrespondentlərin 72 faizi Ermənistanın Rusiyanın hərbi yardımına ehtiyacının olduğunu düşünür. Bu, son 5 ildə ən aşağı rəqəmdir. Bundan başqa, 10 % ABŞ-ın, 15 % Fransanın, 17 % Avropa Birliyinin, 11% MDB ölkələrinin Ermənistana yardım etməli olduğunu dəstəkləyib. Bu isə son 5 ildə ən yüksək göstəricidir.

Sorğu iştirakçılarının 62 %-i düşünür ki, Ermənistan heç bir ölkəyə hərbi yardım göstərməyə qadir deyil.

Qeyd edək ki, təşkilat 2012-ci ildən etibarən hər il oxşar sorğular təşkil edir. Monitorinqdə məqsəd postsovet məkanı ölkələrinin əhalisinin inteqrasiya üstünlüklərini müəyyən etməkdir.

Samir


Müəllif:

Oxşar xəbərlər