3 Noyabr 2016 21:39
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerika ilə müzakirələr aparmaq bizim problemlərimizi həll etməyəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamneyi “Bəsic” təşkilatının üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Amerika və onun tərəfdarları ictimaiyyətə iki səhv düşüncəni aşılamağa çalışırlar: “Bu səhv düşüncələrdən biri odur ki, guya İslam respublikasının qurucusu imam Xomeyni təəssüf və inad üzündən Amerikanın qarşısında dayanırdı. İkinci səhv fikir də odur ki, ölkənin mövcud bütün problemlərini Amerika ilə müzakirələr aparmaqla və onunla saziş bağlamaqla həll etmək olar düşüncəsidir. Onlar bu təfəkkürü cəmiyyətə, mediaya və ali təhsil ocaqlarına aşılamağa çalışırlar.

Bəziləri də deyirlər ki, biz Suriya, Livan “Hizbullah”, İraq, Əfqanıstan, Yəmən məsələsi və hətta ölkənin daxili problemləri barədə Amerika ilə danışıqlar aparmalı və onunla sazişə girməliyik. Halbuki, amerikalılarla müzakirə aparmaq bizim problemlərimizi həll etməyəcək. Çünki, əvvəla amerikalılar yalançı, əhdinə sadiq olmayan, fırıldaqçı və arxadan zərbə vuranlardır. İkincisi, Amerikanın özü hazırda böhran içindədir. Daxili problemlərini belə həll edə bilmir”.

Samir


Müəllif: